Yanğın-mühafizə siqnalizasiyası
Mühafizə-yanğın siqnalizasiyası yaşadığımız mürəkkəb və həm də gözlənilməz hadisələrlə dolu olan dünyamızda şəhərkənarı bağ evindən başlamış iri müəssisəyə qədər hər bir obyektin ən zəruri atributlarından birinə çevrilmişdir. Müasir optikanın və elektronikanın nailiyyətləri canlı gözətçinin demək olar ki, bütün funksiyalarını böyük müvəffəqiyyətlə yerinə yetirərək, fiziki mühafizənin işini sadəcə olaraq effektsiz edir. Texniki sistemlər sürətlidirlər, yuxuya ehtiyacları yoxdur və ən əsası da etibarlıdırlar – onları hər hansı bir yolla ələ almaq mümkün deyil. Bu sistemlərdə keyfiyyətli elementlərdən istifadə olunduqda və düzgün qulluq edildikdə onlar xarab olmadan onilliklər boyunca istismar edilə bilərlər.

“Red Line” şirkətinin mühafizə siqnalizasiyasında daha çox tətbiq etdiyi infraqırmızı hərəkət xəbərdaredici cihazların həssaslığı, pişik gözünün həssalığını artıq 60% üstələyir. Şüşə detektorunun spektral həssaslığı isə o dərəcədədir ki, hətta bir şkaf boşqabın sınmasının səsi fonunda, almazla kəsilən şüşənin səsini ayırmaq mümkündür. Elə yanğın-tüstü xəbərdarediciləri və optik alov registratorları da mükəmməllikdə geri qalmırlar. Lakin müasir rəqəmsal həyatımızda ən başlıca məsələ - sürətlilik və işlənən informasiyanın həcmidir.

Müasir sənaye kompüteri adi öyrəşdiyimiz sistem kompüteri deyildir. Fasiləsiz enerji mənbəyi lövhəsinə quraşdırılmış bu kiçik modul, video-müşahidə kameralarının siqnallarını bədii şəkildə təhlil etməyə imkan verir. Yaxın gələcəkdə isə belə təhlil üsulu ilə həm yanğının əlamətlərini, həm də şübhəli insanları hüquq-mühafizə orqanlarının kartotekasında olan şəxslərlə müqayisə edərək, zəmanətlə müəyyən etmək mümkün olacaqdır.
“Red Line” şirkəti elektron mühafizə üzrə tam xidmətlər kompleksini təklif edir.

Təklif edilən xidmətlər kompleksinə - obyektin ilkin təftişi, smetanın tərtib edilməsi, siqnalizasiyanın layihəsinin hazırlanması, tərtibi və razılaşdırılması, komlektləşdirici hissələr və materiallarla təminat, tikinti, quraşdırma və işəsalma-sazlama işlərinin görülməsi, obyektin güc strukturlarına və yanğın mühafizəsi komissiyalarına təhvili, operativ reaksiya verməklə pult monitorinqi, sistemlərə qeyri-məhdud zaman ərzində zəmanətli, servis və reqlamentli xidmət və s. daxildir.

Layihələndirmə işi nəinki yalnız qəbul edilmiş texniki normalar daxilində, həm də sifarişçinin bu normalar çərçivəsindən kənara çıxmayan istəkləri nəzərə alınmaqla yerinə yetirilir. Bu zaman sifarişçiyə sərf edən müddətlər, onun maliyyə imkanları və hətta estetik nyüansları və digər şərtləri nəzərə alınır.

Bir çox hallarda mühafizə-yanğın siqnalizasiyasının quraşdırılması artıq adamlar yaşayan mənzildə, fəaliyyətdə olan ofisdə, sexdə, laboratoriyada həyata keçirilir. Səsli və tozlu tikinti işlərinin aparılması vaxtının razılaşdırılması çox mühüm əhəmiyyət kəsb edən amillərdən biri olduğu üçün, iş qrafikinin tərtib edilməsi zamanı “Red Line” həmişə müştərinin maraqlarını nəzərə alır.

Sosial şəbəkədə paylaş

Fikir bildir