Yanğınsöndürmə balonu
Odsöndürənlər - alovlanma mənbəyini ehtiyatda olan yanğınsöndürmə maddəsinin buraxılması ilə söndürən portativ və səyyar cihazlardır. Odsöndürənlər adətən ucluğu və ya borusu olan qırmızı rəngli silindirik balon formasında olur. Yanğınsöndürənin tətbiqi zamanı onun ucluğundan yüksəz təzyiqlə yanğını söndürməyə qadir olan maddə çıxır.

A - sinif yanğınlar: Bərk materiallar (Kağız, taxta, parça, kağız kimi qatı maddə yanğınları).

B - sinif yanğınlar: Maye maddələr (Maye yanacaq, tez alışan kimyəvi məhlullar kimi yanar maddələr).

C - sinif yanğınlar: Qazlar (Metan, propan, LPG (mayeləşdirilmiş neft qazı kimi yanan və partlayıcı qaz) yanğınları).

E - sinif yanğınlar: Elektrik (Elektrik şəbəkəsində baş vermiş yanğınlar).


Sosial şəbəkədə paylaş

Fikir bildir